It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

2013-CÜ İLDƏ DAHA YEDDİ YENİ FİLİALIMIZ AÇILDI

2013-CÜ İLDƏ DAHA YEDDİ YENİ FİLİALIMIZ AÇILDI


Gəlirləri aşağı olan, lakin öz mikro bizneslərini qurub, ailəsinin rifahını yaxşılaşdırmaq üçün səylə çalışan insanların da mikromaliyyə xidmətlərindən istifadəsini təmin etmək məqsədilə 2013-cü ildə VF AzərKredit Mərdəkan, Cəlilabad, Salyan, Qovlar, İsmayıllı, Bərdə və Ağsu regionları daxil olmaqla, yeddi yeni ofisinin açılışını etmişdir.

Bundan öncə VF AzərKredit daha çox Bakı və Bakı ətrafı regionlardan əlavə əsas etibarilə Azərbaycanın qərb və mərkəz rayonlarında fəaliyyət göstərirdi. Buna görə də VF AzərKreditin hazırkı əsas strateji məqsədlərindən biri də Azərbaycanın cənub və şimal bölgələrində də tam təmsil olunmaqdır.

Bölgə sakinləri arasında keçirilmiş sorğuların nəticələri bu ərazilərdə yeni filialların açılmasının zəruriliyini bir daha sübut etmişdir. Əhalinin böyük əksəriyyəti öz bölgələrində yeni mikromaliyyə təşkilatının açılması ideyasını dəstəkləmiş və öz ailə bizneslərinin inkişaf etdirilməsi və ailə rifahlarının yaxşılaşdırılmasında maraqlı olduqlarını vurğulamışlar.

Yeni filiallarımızın açıldığı bütün bölgələrdə, mikro və kiçik biznesin davamlı inkişafı üçün yaxşı imkanlar mövcuddur. İqtisadiyyatın əsas sahələrini kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq, əkinçilik, meyvəçilik və tərəvəzçilik, bununla yanaşı həm də balıqçılıq və s. təşkil edir.

Xidmət mərkəzlərimizin sayı hal-hazırda 38-ə çatıb və mikromaliyyəyə ehtiyac duyan bölgələrimiz tam əhatə olunanadək genişlənmə üzrə strateji fəaliyyətimizi davam etdirəcəyik.
Noyabr 2013

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az