It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit “Maliyyə Savadlılığı” mövzusunda seminar təşkil etdi

VF AzərKredit “Maliyyə Savadlılığı” mövzusunda seminar təşkil etdi


Müştərilərə məsul yanaşma strategiyasına daim sadiqlik nümayiş etdirən BOKT “VF AzərKredit” MMC Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi “Maliyyə savadlılığı” aylığına qoşulmuşdur.

Kampaniyanın əsas məqsədinə uyğun olaraq, VF AzərKredit noyabr ayı boyunca müştərilərə yığımın rolu, məsuliyyətli şəkildə borclanma, artıq maliyyə yüklülüyünün yaranma səbəbləri, maliyyə risklərinin doğurduğu nəticələr və onların aradan qaldırılması və s. mövzularda maarifləndirici seminarlar təşkil etmişdir.

VF AzərKreditin yeni və uzunmüddətli müştərilərinin bir araya gəldiyi seminarlar iştirakçıların marağına səbəb olmuşdur. Seminarlar ərzində artıq borclanmanın yaratdığı nəticələr, onların aradan qaldırılması yolları, kredit müqaviləsinin müddəaları, faktiki illik faiz dərəcəsi (FİFD), kredit tarixçəsi, müştəri müraciətlərinin idarə edilməsi məsələləri açıq şəkildə izah edilmiş, müştərilərin bu mövzularda sorğuları cavablandırılmış və fikirləri dinlənilmişdir.

Bu tip maarifləndirici görüşlərin keçirilməsi çox vacibdir. Düzü bu mövzudan xəbərim yox idi və bilmirdim ki, banklar belə mövzuda görüşlər təşkil edir. İstərdik ki, bizi tez-tez çağırasınız”, deyə müştəri Musayeva Nərgiz vurğulayır.

Maraqlı tədbir keçdi. Xeyli məlumat əldə etdim. Ən maraqlısı da odur ki, məni evdə gözləyən qızıma hədiyyə daxılla gedəcəyəm. Kompüter almaq üçün artıq özü bu gündən pul yığa bilər.”- deyə müştərilərdən digəri qeyd edib.

Bu cür seminarların gələcəkdə də maliyyə savadlılığına maraq göstərən və ya ehtiyacı olan daha çox müştəri üçün təşkil edilməsi planlaşdırılır.


Müştərilər “Sən nə qədər qənaətcilsən” praktiki məşğələsinin həlli zamanı

Faktiki illik faiz dərəcəsinin (FİFD) müştərilərə izahı

Müştəri şikayətlərinə baxılması mexanizminin izahı

“Maliyyə savadlılığı” kampaniyasına dair hədiyyələrin paylanması

Kampaniyanın rəmzi olan Daxıl Dələ müştərilərə hədiyyə edildi

Müştəri məlumatlandırma bukletini oxuyarkən
Noyabr 2014

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az