It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit Mikromaliyyə Mərkəzinin (MFC) XVİİİ İllik Konfransında Sertifikata layiq görüldü

VF AzərKredit Mikromaliyyə Mərkəzinin (MFC) XVİİİ İllik Konfransında Sertifikata layiq görüldü


Məsuliyyətli maliyyələşdirmə strategiyasına daim sadiq qalan və müştərilərə münasibətdə bu prinsipi əsas tutan VF AzərKredit Mikromaliyyə Mərkəzinin (MFC) bu il 5-6 noyabr tarixlərində Çexiyanın paytaxtı Praqa şəhərində təşkil etdiyi İllik Konfransında müştəri mühafizəsi standartlarının tətbiqini təmin etmək və maliyyə savadlılığını artırmaq məqsədi ilə MFC tərəfindən reallaşdırılmış beynəlxalq “Düşün, borc al!” Kampaniyasının təşkilində və həyata keçirilməsində müstəsna səylərinə görə xüsusi təşəkkür sertifikatına layiq görülmüşdür.

MFC-nin İcraçı Direktoru Grzegorz Galusek sertifikatı VF AzərKreditin İdarə Heyətinin sədri Samir Cəfərliyə təqdim edərək, təşkilatın töhfəsini yüksək qiymətləndirdiklərini ifadə etmişdir.

Üzv təşkilatların cari və potensial müştəriləri arasında artıq borclanma riskinin aradan qaldırılması və müştərilərin maliyyə savadlılığının artırılması məqsədini daşıyan Kampaniya həm 2014-cü ilin, həm də 2015-ci ilin oktyabr ayları ərzində müştərilər, işçilər və geniş ictimaiyyəti məsuliyyətli borclanma və maliyyələşdirmə, artıq borclanmadan qorunma və bir sıra beynəlxalq müştəri mühafizəsi prinsipləri barədə məlumatlandırmışdır.

Kampaniya boyunca VF AzərKredit veb səhifəsində “Düşün, borc al!” bölməsinin istifadəyə verilməsi (http://azercredit.az/az/borrow_wisely/), müxtəlif xəbərlər portallarında məlumatlandırıcı məqalələrin yerləşdirilməsi, xidmət ofislərində mövzu haqqında xüsusi təlim keçmiş kredit icraçılarının izahatı ilə xüsusi buklet və broşurların paylanması vasitəsilə geniş ictimaiyyəti ətraflı şəkildə məlumatlandırmışdır. Bununla yanaşı məsuliyyətli maliyyələşdirmənin vacibliyini daha yaxından izah etmək və ağıllı borclanmanı təşviq etmək məqsədilə VF AzərKreditin kredit icraçılarına xüsusi təlim keçirilmiş və bir sıra müştərilərlə təkbətək söhbətlər aparılmışdır.

Kampaniya barədə ətraflı məlumatı www.mfc.org.pl/wiseborrowing səhifəsindən əldə edə bilərsiniz.

Noyabr 2015

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az