It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

GDF Suez “Pioner” Proqramını VF AzərKreditlə birgə keçirdi

GDF Suez “Pioner” Proqramını VF AzərKreditlə birgə keçirdi


2012-ci ilin noyabr ayında GDF SUEZ Universiteti “Pioner” Proqramı çərçivəsində növbəti tədbirini VF AzərKreditlə birgə Azərbaycanın paytaxtı Bakıda keçirtdi.

GDF SUEZ Qrupu qərargahı Parisdə yerləşən, elektrik enerjisinin istehsalı və paylanması, təbii qaz və bərpa olunan enerji sektorlarında fəaliyyət göstərən çoxmillətli enerji şirkətidir. 2000-ci ildə yaradılmış GDF SUEZ Universiteti Qrupun strategiyası və qarşısında duran inkişaf istiqamətləri barədə fikirləri bölüşmək, həyata keçirdiyi biznes fəaliyyətlərini daha dərindən anlamaq və beləliklə ümumi mədəniyyət formalaşdırmaq üçün Qrupun bütün menecerlərinə inkişaf proqramı təklif edir. Bu baxımdan Universitet Qrupun Düşünən Beyni olmaqla, onun menecerlərinin şəxsi və peşəkar inkişafına öz töhfəsini verir.

GDF SUEZ Universiteti tərəfindən həyata keçirilən “Pioner” Proqramı GDF SUEZ menecerlərinə və tərəfdaş şirkətlərin menecerlərinə əməkdaşlıq, yaradıcılıq və innovasiya sahələrində liderlik bacarıqlarını inkişaf etdirməklə yanaşı, qlobal inkişafa da hazırlıqlı olmaq imkanı yaradır.

Bu Proqram çərçivəsində Universitetin tərəfdaşlarından biri də VF AzərKredit təşkilatı oldu; beləcə noyabr ayında Bakıda keçirilən 1 həftəlik seminarda həm GDF SUEZ, həm də VF AzərKreditin menecerlərinin qatıldığı tədbirdə iştirakçılar real layihələr üzərində işləyərək, xüsusi liderlik bacarıqlarını inkişaf etdirmək, biznesin çətinliklərini dərk etmək, müxtəlif mədəniyyətləri, fəaliyyət rejimlərini qiymətləndirmək və şəbəkə daxili əlaqələri möhkəmləndirmək imkanı əldə etmiş oldular.


Proqram ərzində iştirakçılar VF AzərKreditin müştərilərinə  və ofislərinə baş çəkməklə, təşkilatın fəaliyyəti ilə yaxından tanış olmuş, sonra isə cari problemlər üzərində işləməklə, təşkilatın gələcək inkişafına töhfə verməyə çalışmışlar. Düşündürücü müzakirələr və qızğın mübahisələrdən sonra iştirakçılar Fransanın Azərbaycandakı səfirinin də iştirakı ilə ən son gündə keçirilən tədbirdə 3 təqdimat ilə çıxış etmişlər.

Böyük motivasiya və əmək tələb edən həftə ərzində işlənib hazırlanmış, özündə “Yeni məhsul və xidmətlər”, “Layihələrin idarə edilməsi və təşkilati mədəniyyət”, “İstedadların müəyyən edilməsi və inkişaf etdirilməsi - təşkilatda liderlik mədəniyyətinin formalaşdırılması” kimi mövzuları əhatə edən həmin 3 təqdimat VF AzərKreditə gələcək inkişaf xəritəsini daha peşəkarlıqla cızmaqda kömək edəcək.

Daha çox insanın rifahına müsbət təsir göstərmək məqsədilə iştirakçılar öyrəndiklərini öz təşkilatlarının gələcəyi üçün əzmlə tətbiq edəcəklər!

Dekabr 2012

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az