It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

“UŞAQ ƏMƏYİNİN QARŞISININ ALINMASI” LAYİHƏSİ SONA ÇATDI TƏŞƏBBÜSÜ YERLİ HAKİMİYYƏT ORQANLARI DAVAM ETDİRƏCƏK

“UŞAQ ƏMƏYİNİN QARŞISININ ALINMASI” LAYİHƏSİ SONA ÇATDI TƏŞƏBBÜSÜ YERLİ HAKİMİYYƏT ORQANLARI DAVAM ETDİRƏCƏK


Uşaq əməyinin istismarı Azərbaycanda nəzərə çarpacaq dərəcədə yüksək olmamasına baxmayaraq, ölkəmizin bir sıra bölgələrində, xüsusilə də cənub hissəsində hələ də uşaqlarını məktəbə göndərmək əvəzinə onları biznesin müxtəlif sahələrinə, əsasən də ailə biznesinə cəlb edən valideynlərə rast gəlmək mümkündür. Baxmayaraq ki, şagirdlər müəyyən dərəcədə əməyə cəlb olunmalıdırlar, bu heç bir halda onların təhsil alma imkanlarını məhdudlaşdırmamalıdır. Aidiyyəti dövlət qurumları və QHT-lər Azərbaycan Respublikasında bütün uşaqlarının hökumət tərəfindən təqdim edilən ödənişsiz təhsildən faydalanmasına nəzarəti təmin edirlər. Lakin yenə də, bu məqsədə tam nail olmaq üçün bir sıra digər cəhdlərin həyata keçirilməsi tələb olunur.

Bu məqsədlə də Azərbaycanın 4 cənub-qərb rayonunda – Ağcabədi, Beyləqan, Ağdam və Füzulidə uşaq əməyinin qarşısının alınması üçün nəzərdə tutulmuş layihənin həyata keçirilməsi məqsədilə Beyləqan Gənclərin Maarifləndirmə və Sosial İnkişafı İctimai Birliyinə (www.facebook.com/bgmsiib) maliyyə və texniki dəstək verilmişdir.

Layihəyə 1 iyun 2013-cü il tarixində start verilmiş, dekabrın 10-da isə layihənin icrası sona çatmışdır. Layihənin əsas məqsədi təhsilin labüdlüyü və faydası barədə valideynlərin və şagirdlərin məlumatlandırılmasını təmin etməkdən ibarət idi. Bununla yanaşı, Layihə seminarlar və dəyirmi masalar təşkil etməklə, dövlət orqanlarının və özəl sektor şirkətlərinin diqqətini bu mövzuya yönəltmək məqsədini güdürdü. O cümlədən, Layihədə iştirak edən şagirdlər də uşaq hüquqları mövzusunda, həmçinin, öz hüquqları pozularsa, və ya uşaq hüquqlarının pozulması ilə bağlı hər hansısa bir hadisənin şahidi olarlarsa, haraya müraciət edə biləcəkləri barədə məlumat aldılar.

Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf edən uşaq əməyinin qarşısının alınması metodlarına dair fikir mübadiləsi və müzakirələr üzrə dəyirmi masaya dövlət orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələri cəlb edilmişdi. Dəyirmi masa iştirakçıları layihənin yekununda bu vacib mövzuya davamlı diqqət ayrılmasının təmin olması üçün bir daha toplaşaraq, müvafiq Memorandum imzalamış oldular.

Layihə ərzində Azərbaycanın 4 rayonun sakinləri üçün uşaq əməyi və uşaq hüquqlarına dair xüsusi bukletlər və posterlər hazırlanmış və əhali arasında paylanmışdır. Ümumilikdə, 500 nəfərdən ibarət həm valideyn, həm də şağirdlərin iştirakı ilə 15 seminar təşkil edilmişdir.

Layihə çərçivəsində Ağcabədi rayonunun orta ümumtəhsil məktəblərindən 50 şagirdin qatıldığı “Hər uşağın qayğısına qalaq!” adlı rəsm müsabiqəsi təşkil edilmişdi. Müsabiqə iştirakçılarının mükafatlandırılması yerli TV və mediada yayımlanmışdı. Maraqlısı odur ki, müsabiqədə uşaq əməyinin qarşısının alınması mövzusu xüsusi vurğulanmadığı halda belə təqdim edilən rəsmlərin böyük əksəriyyəti təhsilin vacibliyi və uşaq əməyinin qarşısının alınması mövzularına həsr edilmişdi.

Layihə Komandası tərəfindən hazırlanmış kiçik videonu bizim VF AzerCredit - YouTube Kanalımızda izləyə bilərsiniz.

Unutmayın ki, uşaq əməyindən istifadə edənlər həm hüquqi, həm də mənəvi məsuliyyət daşıyır!

Dekabr 2013

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az