  Öz mikro və kiçik bizneslərini inkişaf etdirərək həyat şəraitlərini yaxşılaşdırmaq arzusunda olan daha çox insana daha rahat və əlçatan maliyyə xidmətləri təqdim etmək məqsədilə VF AzərKredit 2014-cü ildə daha yeni 6 filialını müştərilərin istifadəsinə verdi.
Azərbaycanın Zaqatala, Masallı, Kürdəmir, Quba, Neftçala və Şamaxı şəhərlərində fəaliyyətə başlayan xidmət mərkəzlərinin əsas məqsədi həmin bölgələrdə və ona yaxın ətraf ərazilərdə əsas məşğuliyyəti kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq, maldarlıq, bostançılıq və meyvəçilik olan şəxsi təsərrüfat sahiblərinin, o cümlədən xidmət və ticarət sahəsində çalışan kiçik sahibkarların bizneslərinin inkişafı üçün maliyyə resurslarına çıxışı təmin etməkdir.
Filialların açılış mərasimində rəsmi qonaqlar qismində iştirak edən Şəhər İcra Hakimiyyətləri, Ərazi Vergi İdarələrinin nümayəndələri ilə yanaşı həm də filialların ilk müştəriləri olan yerli kiçik biznes sahibləri yaşadıqları rayonlarda bu cür yeni imkanların əhali üçün yaradılmasını müsbət qiymətləndirmiş, VF AzərKreditin təqdim edəcəyi xidmətlərdən məmnun qalacaqlarına inandıqlarını ifadə etmişlər. |