  BOKT “VF AzərKredit” MMC ödənişlərin rahat həyata keçirilməsini təmin etmək məqsədi ilə AzəriKard prosessinq mərkəzi ilə birlikdə kreditlərin onlayn ödənişi xidmətini istifadəyə vermişdir.
Xidmətdən istifadə etmək üçün VF AzərKreditin www.azercredit.az səhifəsinə daxil olmaqla, ONLAYN ÖDƏMƏ düyməsini seçmək və ya AzəriKartın www.azericard.com saytına daxil olmaqla ONLINE ÖDƏMƏ > Bank Xidmətləri > AzərKredit səhifəsinə keçmək lazımdır. Bu xidmətdən internetə çıxışı olan kompüterlər, planşetlər və smartfonlar vasitəsilə yararlanmaq mümkündür. Xidmətdən istifadə etmək üçün müştəri AzərKreditdə olan hesabının nömrəsini bilməli və istənilən bankın buraxdığı plastik karta malik olmalıdır.
Bu xidmət vasitəsilə müştərilər AzərKreditin ofislərinə gəlmədən, 24 saat real vaxt rejimində operativ və etibarlı şəkildə kredit ödənişlərini dünyanın istənilən yerindən həyata keçirmək imkanı əldə etmiş olurlar. Həmçinin ABŞ dollarında verilmiş kreditlərin manatda buraxılmış kartlarla ödənişi mümkün olacaqdır.
Onlayn Ödəmə Bələdçisini bu keçidindən endirə bilərsiniz.
VF AzərKredit məhsul və xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində daima çalışır. |