It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKreditin fəaliyyətinin 20 illiyi münasibətilə veteran əməkdaşlar öz təcrübələrini bölüşdürür

VF AzərKreditin fəaliyyətinin 20 illiyi münasibətilə veteran əməkdaşlar öz təcrübələrini bölüşdürür


Aztəminatlı əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün maliyyə xidmətlərinin göstərilməsini qarşısına məqsəd qoymuş VF AzərKreditin ilk ofisləri layihə kimi fəaliyyətə 1994-cü ildə başlamışdır (Gəncə - 1994, Bakı -1995), lakin ilk kreditlərin verilməsi məhz 1996-cı ilə təsadüf etmiş, aktiv kreditləşdirmə isə 1997-ci ildən vüsət almışdır (Mingəçevir - 1997). Əsas fəaliyyətini insanlara öz həyatlarını və rifahlarını idarə edə bilmələrini təmin etmək üçün kreditlərin verilməsinə yönəltmiş VF AzərKreditin fəaliyyətinin 20 illiyini qeyd etmək üçün 2016-cı ilin sonundan başlayaraq 2017-ci il ərzində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. O cümlədən, Şərqi Avropa, Qafqaz və Orta Asiya regionunda mikromaliyyənin yayılmağa başlamasının 20 illiyi də məhz 2017-ci ilə təsadüf edir.

Yubiley tədbirlərinə ilk olaraq AzərKreditin həmişə əsas aktiv hesab etdiyi işçi heyətinin AzərKreditlə bağlı təcrübələri və AzərKreditə arzuları ilə bağlı kiçik filmin hazırlanması ilə başlanılmışdır. Film VF AzərKreditin YouTube kanalında yerləşdirilmişdir:

VF AzərKredit fəaliyyətinin 20 illiyini qeyd edir. Veteran əməkdaşlar təcrübə və arzularını bölüşür. - YouTube

Veteran əməkdaşlar öz nitqlərində VF AzərKreditdə işlədikləri uzun illər boyu topladıqları təcrübələrdən danışarkən çətin dövrlərdə birlikdə bütün sınaqlardan çıxdıqlarını qeyd etmiş, VF AzərKreditdə həm işçilərə, həm də müştərilərə münasibətdə qabaqcıl dünya təcrübələrindən geniş istifadəni yüksək qiymətləndirmiş və təşkilatın kollektivinə VF AzərKredit brendini daima yaşatmaq üçün birlikdə əzmlə çalışmağı arzu etmişlər.

Əməkdaşlarımızın nitqlərindən bəzi məqamları aşağıda diqqətə çatdırmaqla, oxucuları filmi izləməyə dəvət edirik:

  • İdarə Heyətinin sədri Samir Cəfərli: “Mənim AzərKreditdə karyeramın ilk günlərindən bu günə qədər əsas prinsiplərim olub: dinləmək və öyrənmək və buna da rəhbərlik çox zaman qiymət verib və ona görə də öz etimadlarını göstəriblər və mənim karyera inkişafımda da birbaşa mənim rəhbərlərim də, hətta birbaşa işçilərim də, həmkarlarım da iştirak ediblər və mənə öz dəstəklərini göstəriblər.” ... “AzərKreditin ən böyük nailiyyəti, məncə, AzərKreditin ölkə bazarında reputasiyasıdır və imicidir, hətta beynəlxalq arenada və sözsüz ki, bu uzun illərin zəhmətinin nəticəsidir, çoxlu sayda insanların zəhmətinin nəticəsidir.”
  • Abşeron Regionun meneceri Rişad Əliyev: “Bilirsiniz ki, işimizlə bağlı biz daim müştərilərlə ünsiyyətdə oluruq. Müxtəlif tipli insanlarla daimi görüşürük, danışırıq. Bu da ünsiyyət yaratmağa şərait yaradır və ünsiyyət yaratmaq da böyük təcrübəyə gətirib çıxarır ki, bu təcrübə bizə həmişə kömək olur” ...“Eyni zamanda öz işimin nəticəsini görürəm: fəaliyyətim nəticəsində minlərlə insanların faydalanması, minlərlə insanların yaşayış səviyyəsi, yaşayış tərzinin yaxşılaşması – bunlar hamısı insan üçün böyük cəlbedici faktorlardır.”
  • Mərdəkan Filialının meneceri Ramis Babayev: “İnsanlarla ünsiyyət qurmağı bacarmaq lazımdır. Ən gözəl silah elə ünsiyyətdir. Əgər bunu bacardınsa, sənə zaval yoxdur.”
  • Horadiz Filialının meneceri Ətrafə Qasımova: “1998-ci il rayonumuzun erməni işğalından azad olunmasından sonra ilk quruculuq dövrünə təsadüf edir. Həmin dövrdə rayonumuzda müxtəlif xarici təşkilatlar və dövlət qurumları əhalini geri qaytarmaq üçün bir çox proqramlar həyata keçirirdilər, o cümlədən, humanitar yardımlar, tikinti-abadlıq işləri, yol, su çəkilişləri və digər maarifləndirmə, təlim proqramları ilə əhaliyə dəstək olmağa çalışırdılar. Həmin dövrdə AzərKredit rayonumuzda əhaliyə birdəfəlik, birgünlük, mövsümlük xarakteri daşıyan kömək kimi yox, onlara məhz bizneslərini inkişaf etdirmək, daimi iş yerləri açmaq üçün kiçik kreditlərin verilməsi proqramı ilə fəaliyyətə başladı.”

Dekabr 2016

Son Xəbərlərimiz

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

Oktyabr 2016

“Düşün, Borc Al” 2016 Kampaniyası başlayır!

Iyul 2016

“Düşün, Borc Al!” Kampaniyasının təşkilatçıları MFC 2016 Konfransında mükafatlandırıldılar

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az