It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit “Qadınların İnkişafında Mikromaliyyənin Rolu” Konfransının həmtəşkilatçısı oldu

VF AzərKredit “Qadınların İnkişafında Mikromaliyyənin Rolu” Konfransının həmtəşkilatçısı oldu


Sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadın müştərilərə xüsusi diqqət göstərərək, hər il onların sayının artmasına müvəffəq olan VF AzərKredit, 3 mart 2016-cı il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşəbbüsü ilə təşkil edilmiş 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilən  “Qadınların İnkişafında Mikromaliyyənin Rolu” adlı mətbuat konfransının həmtəşkilatçılarından biri oldu.

Ölkənin aparıcı mikromaliyyə institutlarının iştirakı ilə təşkil edilən mətbuat konfransının keçirilməsində əsas məqsəd sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadın müştəriləri həvəsləndirmək, qadınların səlahiyyətlərinin artırılmasında mikromaliyyənin rolunu vurğulamaq, onların sayının artmasında mikromaliyyə institutlarının göstərəcəyi dəstəyin labüdlüyünü önə çəkmək idi.

Qadınların sahibkarlıq fəaliyyətləri müddətində onların inkişaf yolları, qarşılaşdıqları çətinliklər, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyib, lakin hələ bu addımı ata bilməyən qadınlara tövsiyələrin verilməsi mətbuat konfransında səslənən əsas mövzulardan idi.

Tədbirdə qonaq qismində iştirak edən İsveçrə Əməkdaşlıq Ofisinin Regional Direktor Müavini Dr. Simone Haeberli İsveçrə təcrübəsindən, biznes üzrə beynəlxalq konsultant Nini Karseladze isə beynəlxalq təcrübədən bəhs edərək, iştirakçılara bir sıra ətraflı məlumat verdilər. VF AzərKreditin tədbirə dəvət edilmiş kredit icraçısı və qadın müştəriləri də sahibkarlığın inkişafına ediləcək dəstəkdən və bu sahədə qadınların qarşılaşdığı çətinliklərdən bəhs etdilər.

“Qadın cəmiyyətimizin əsas sütunlarından biridir. Qadın çiynində bir çox vəzifəni daşıyır. O, həm həyat yoldaşıdır, həm anadır, həm də ailəsinin rifahına dəstək olan sahibkardır. Mən xüsusilə regionlarda yaşayan qadınları vurğulamaq istərdim, çünki paytaxtla müqayisədə region qadınlarının imkanları məhduddur. Lakin bütün bunlara baxmayaraq, onların inkişaf etmək əzmi böyükdür və əlbəttə bu sahədə mikromaliyyənin rolu əvəzsizdir” deyə VF AzərKreditin Ağcəbədi Filialının kredit meneceri Dilarə Hüseynova qeyd edir.

Tədbirin sonunda təşkilatçılar xanım iştirakçılara hədiyyə təqdim edərək, onların Beynəlxalq 8 mart Qadınlar bayramını təbrik etdilər və bu səpkidə tədbirlərin mütəmadi olaraq keçiriləcəyini qeyd etdilər.

Mart 2016

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az