It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit Ağdaş və Yevlaxdan olan 11 uşağa əlil arabası hədiyyə etdi

VF AzərKredit Ağdaş və Yevlaxdan olan 11 uşağa əlil arabası hədiyyə etdi


Bildiyimiz kimi, fiziki qüsurlu insanların xüsusi qayğı və nəvazişə ehtiyacı vardır. Əlil şəxslər yeniyetmə - gənc qız və ya oğlan olduqda isə bu cür qayğı xüsusilə vacib əhəmiyyət kəsb edir.  Bəzən elə olur ki, həlli asan olan problemlərin ucbatından bu uşaqlar cəmiyyətdən təcrid olunurlar. Ona görə də biz çalışmalıyıq ki, onların öz icmalarının həyatında daha aktiv iştirak etmələri üçün şərait yaradaq və onların cəmiyyətə inteqrasiyasını mümkün qədər gücləndirək ki, həyat həm özləri üçün, həm də onların ailələri üçün daha mənalı olsun.

Əlbəttə ki, onların həyatında ən vacib məqamlardan biri də onların gündəlik həyatda sərbəst hərəkət etmək və istədikləri yerə rahat şəkildə getmələrini təmin etməkdir. Bu məqsədlə də, Mingəçevir filialımızın təklifinə əsasən, 11 ədəd əlil arabası alınaraq, Ağdaş rayonunun Uşaq və Ailələrə Dəstək Mərkəzinin 5 üzvünə və Yevlax rayonunda yaşayan 6 müştərimizin övladlarına hədiyyə olundu. Hədiyyəni alan uşaqlar və onların valideynləri tərəfindən qeyd edildiyi kimi, bu əlil arabaları onların həyatını çox yüngülləşdirəcək.  Bu 11 nəfər uşağın bu cür əlil arabalarına artıq böyük zaman idi ki, ehtiyacları var idi, lakin bu ailələrin gəlirləri və ailə büdcələri bu cür əlil arabalarının alınmasına imkan vermirdi (əlil arabalarının daimi olaraq istifadəsi mümkün deyil, bəzən bu arabalar sınır və ya xarab olur və arabaların nisbətən baha olması səbəbindən ailələr  bu vasitənin yenisini əldə edə bilmir).

Hədiyyələri alan bütün uşaqlar sanki tezliklə onların həyatında baş verəcək vacib bir hadisənin izi ilə uzaq üfüqləri seyr  edərək, öz təşəkkürlərini bildirirdilər. Onlar söz verdilər ki, daha da aktiv olacaqlar və ailələrin gələcəyə inamını daha da artırmaq və cəmiyyətdən qazandıqları uğur üçün alqış almaq məqsədilə çalışacaqlar.

Gündəlik fəaliyyətində maliyyə dəstəyi göstərməkdən əlavə, VF AzərKredit bu tip sosial layihələr vasitəsilə aztəminatlı ailələrin rifahını yaxşılaşdırmağa çalışmaqla, xüsusilə də onların uşaqları üçün daha möhkəm sağlamlıq və daha yaxşı təhsil təmin etməyə çalışır.






May 2013

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az