It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

2015 Yay Təcrübə Proqramı başa çatdı

2015 Yay Təcrübə Proqramı başa çatdı


VF AzərKreditin Baş Ofisində Marketinq və Məhsulların İnkişafı, İnzibati və İnsan Resursları Departamentləri ilə yanaşı, Gəncə, Bərdə, Şabran, Zaqatala, Qovlar və digər xidmət ofislərində təcrübə keçən 52 ali məktəb tələbəsi 3 ay müddətində bir sıra bilik və bacarıqlara yiyələnərək, Proqramı uğurla başa vurmuş oldular.

Tələbələrin yay tətillərinin səmərəli təşkil olunması üçün nəzərdə tutulan təcrübə proqramı müddətində təcrübəçilər təşkilatın gündəlik iş fəaliyyəti, tərəfdaş təşkilatlarla əlaqələrin qurulması, müştərilərə daha keyfiyyətli xidmət və məhsulların təqdim edilməsi, işçi heyətinin idarə olunması və sair mövzulara dair nəzəri biliklərlə yanaşı, həm də iş mühitində praktiki biliklər qazandırlar.

“Təcrübə proqramına seçilməyimə sevindim, çünki əvvəldən yayı səmərəli keçirməyi istəyirdim. Bilirik ki, uğurlu karyera qurmaq üçün bilikdən başqa həm də təcrübənizin əhəmiyyəti var. Marketinq və Məhsulların İnkişafı Departamentində təcrübə keçdiyimdən marketinq araşdırmaları, müştəri xidmətləri və digər məsələlər üzrə xeyli məlumat aldım”- deyə təcrübəçilərdən biri olan Fərid Mehrəlizadə qeyd edir.

“Təcrübə müddətində İnzibati Departamentdə həqiqətən praktik biliklərimi inkişaf etdirdim. Alış və satışa və şirkətlərlə əlaqələrin qurulmasına dair xeyli məlumat əldə etmiş oldum. Gələcəkdə iş yerimin yenidən AzərKredit olmasını istərdim” – digər təcrübəçi Çinarə İslamlı söyləyir.

Baş Ofisdə üç ay müddətində təcrübə keçən təcrübəçilərin təəssüratları ilə yaxından tanış olmaq üçün YouTube kanalımızdakı video materialı izləyin:

2O15 Tələbə Təcrübə Proqramının iştirakçılarının təəssüratları - YouTube

İnanırıq ki, filiallarımızda təcrübə keçmiş tələbələr də onlara karyera qurmaqda yardımçı olacaq bilik və bacarıqlar formalaşdırmağa nail olmuşlar.

Üç ay ərzində bizə dəstək olmuş bütün təcrübəçilərə gələcək işlərində uğurlar arzulayırıq və ümid edirik ki, onların bir qismini VF AzərKreditin işçi heyəti arasında görəcəyik, digər qisminin isə digər təşkilatlarda karyera uğurları barədə eşitdiklərimizə sevinəcəyik.
Oktyabr 2015

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az