It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit Laçın Futbol Komandasına dəstək oldu

VF AzərKredit Laçın Futbol Komandasına dəstək oldu


Sosial fəaliyyəti ilə cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqəsini daim diqqət mərkəzində saxlayan VF AzərKredit Qaradağ rayonu, Ümid qəsəbəsində məskunlaşan məcburi köçkün ailələrindən olan uşaqlardan ibarət Laçın Futbol Komandasına dəstək verir.

Sponsorluq layihəsi çərçivəsində Laçın Futbol Komandasının inkişafı  və AFFA-nın birincilik yarışlarında iştirakının təmin edilməsi məqsədilə komanda üzvləri üçün idman köynəkləri, məşq jiletləri, idman ayaqqabıları, futbol topu, izahedici lövhə və s. bu kimi digər ləvazimatların əldə olunması xərclərinin VF AzərKredit tərəfindən qarşılanması gələcəyin balaca futbolçularının sevincinə səbəb olmuşdur.

Laçın Futbol Komandası 1992-ci ildə Laçın rayonundan məcburi köçkün olan 11-13 yaşlı uşaqların asudə vaxtının təşkili məqsədilə yaradılmışdır və hazırda 20 nəfər məktəblinin yalnız həvəskar şəkildə idmanla deyil, həm də peşəkar futbolla məşğul olması üçün əla başlanğıc təmin edir. Komanda AFFA-nın keçirdiyi liqa oyunlarında aktiv iştirak edir.

Müxtəlif xəbər portallarına müsahibəsində komandanın məşqçisi Abuzər Nadirov VF AzərKreditin dəstəyinin uşaqlarda ruh yüksəkliyi yaratdığını və onların daha əzmlə çalışmalarına vəsilə olduğunu vurğulamışdır:

Bu günlərdə ölkəmizdə öz nəcib işləri ilə seçilən VF AzərKreditin dəstəyi sayəsində artıq uşaqlar keyfiyyətli məşq prosesi keçir və lazim olan bütün vasitələrdən istifadə edirlər. Keyfiyyətli məşq uşaqlarda böyük ruh yüksəkliyi yaradır, bu isə yarışların qalibi olmasında əsas amil olmaqla yanaşı, istedadlı futbolçuların inkişafı üçün də çox önəmlidir.”

Bu yaxınlarda VF AzərKredit kollektivi Laçın Futbol Klubunu məşq zamanı ziyarət etmiş, uşaqlara uğurlar arzulamışdır.

Əvvəl formalarımız, topumuz yox idi. Şəraitimiz yaxşı deyildi. İndi isə hər şey yaxşıdır. Daim məşq edirik. Qələbə gözləyirik. Bir də istərdik ki, bizim böyük və üstü bağlı meydançamız olsun ki, soyuq havada yaxşı məşq edə bilək”- komanda üzvü Samir Heydərzadə öz fikirlərini bizimlə bölüşür.

Mən yenicə Türkiyədə keçirilən yarışdan qayıtmışam. İstəyərdim ki, mənim yoldaşlarım da müxtəlif ölkələrdə Azərbaycanı təmsil edə bilsinlər. İnanıram ki, sizin dəstəyinizlə çoxlu uğur qazanacağıq”- deyə, komandanın digər xanım üzvü Arzu Ağayeva gələcəyə inamını ifadə edir.

VF AzərKredit heyəti yaxın zamanlarda komanda ilə yoldaşlıq görüşü keçirərək, əməkdaşlıq əlaqələrinin daha da səmimi şəraitdə inkişafına zəmin yaradacaq. O cümlədən, komandanın uğurlarının şahidi olmaq üçün VF AzərKredit heyəti  Laçın Futbol Komandasının liqa oyunlarında iştirakı ərzində komandaya azarkeşlik edəcəkdir.

Laçın Futbol Komandasının qələbəyə doğru inamla addımlayacağına inanırıq!

Noyabr 2014

Son Xəbərlərimiz

Oktyabr 2017

Beynəlxalq DÜŞÜN, BORC AL! Kampaniyasını Azərbaycanda AMFA və VF AzərKredit dəstəkləyir

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az