It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

"MEŞƏLƏR İNSANLAR ÜÇÜN" UŞAQ RƏSM MÜSABİQƏSİ

"MEŞƏLƏR İNSANLAR ÜÇÜN" UŞAQ RƏSM MÜSABİQƏSİ


İşçiləri, müştəriləri və işlədiyi icmalar arasında ətraf mühit məsuliyyətini təşviq etmək məqsədilə VF AzərKredit müəyyən müddətdən bir Birləşmiş Millətlər Təşkilatı tərəfindən bəyan edilən ətraf mühit sahəsində beynəlxalq əlamətdar məqamları yad etmək, təşviq etmək və fəaliyyətdə əks etdirmək üçün müxtəlif tədbirlər həyata keçirmək öhdəliyini üzərinə götürmüşdür.

Bu baxımdan, indiki və gələcək nəsillərin naminə bütün növ meşələrin dayanıqlı şəkildə idarə edilməsi, mühafizə olunması və artırılması istiqamətində maarifləndirmə işi aparmaq və səyləri artırmaq məqsədilə 2011-ci ilin Birləşmiş Millətlər Təşkilatı tərəfindən Beynəlxalq Meşələr İli elan edilməsini nəzərə alaraq, VF AzərKredit 2011-ci ilin 2-ci yarısı ərzində Beynəlxalq Meşələr İlinə həsr edilmiş bir neçə tədbir həyata keçirmişdir.

Yer üzünün 7 milyard əhalisi ilə meşələr arasındakı əsrlər boyu mövcud olan fiziki, iqtisadi və mənəvi bağları qabartmaq üçün ilin mövzusu “Meşələr İnsanlar üçün” elan edilmişdi. Əsas məqsəd meşələrin qorunmasında və artırılmasında insanların oynadığı rolun əhəmiyyətinə diqqət çəkmək, başqa sözlə, meşələrin dayanıqlı şəkildə necə idarə edilə biləcəklərini aşılamaq idi.

İlkin Qədirzadə   |   10 yaş   |   1-ci yer Ülkər Hüseynova   |   12 yaş   |   3-cü yer

Beləliklə də, 2011-ci ilin noyabr ayında AzərKredit müştərilərin uşaqları arasında “Meşələr İnsanlar üçün” devizi altında müsabiqə elan etdi və müsabiqə 1 ay davam etdi. Müsabiqənin məqsədi meşələrin dəyərini bir daha vurğulamaq, meşələrin mühafizəsinə diqqəti artırmaq və sağlam mühitin əhəmiyyətini aşılamaq üçün uşaqların təxəyyülündən istifadə etmək idi.

Müsabiqə ərzində VF AzərKreditin bütün filial və şöbələrindən ümumilikdə 18 yaşından aşağı 65 uşağa məxsus olan təxminən 100 rəsm işi toplanıldı. Uşaqların meşələr və insanlar arasında olan münasibətlər barədə fikirlərini yaradıcı şəkildə əks etdirən bu rəsm işləri müxtəlif texniki üslublarda işlənmişdi. Məsələn, 1-ci yeri tutan qalib iştirakçı bütün dünyada insanların meşələrin qayğısına qalmalı olduqlarını ifadə etməyə çalışmış, 3-cü yeri tutan qalibimiz isə Azərbaycanlı ailələrin bütün ailə üçün açıq havada maraqlı və faydalı istirahət imkanı yaradan meşələrdə istirahət etməyi nə qədər sevdiklərini təsvir etməyə nail olmuş, digər bir qalib ağacları insanın ağ ciyərləri şəklində təsvir etməklə, meşələrin insanlar üçün təmiz hava mənbəyi olduğunu göstərmək istəmiş, daha bir qalib isə öz rəsm işi ilə diqqətə çatdırmışdır ki, meşələr qırıldıqda, yalnız insanlar deyil, həm də heyvanlar əziyyət çəkir. Uşaqların yaratdığı bu cür rəngarəng rəsm əsərləri həm uşaqları, həm də böyükləri meşələri indiki və gələcək nəsillər üçün qorumağa səsləyir.

Məlakə Ələkbərli   |   13 yaş   |   Həvəsləndirici mükafat İradə Güləliyeva   |   9 yaş   |   Həvəsləndirici mükafat

Təqdim edilmiş bütün rəsm işlərini qiymətləndirdikdən sonra, münsiflər heyəti 12 qalib müəyyən etmişdir ki, onlardan da 4-ü əsas qaliblər elan edilmiş, digərləri isə həvəsləndirici mükafata layiq görülmüşlər. Qaliblər müsabiqənin mövzusunun rəsm işində nə dərəcədə əhatə olunduğunu, rəsmin texniki baxımdan nə dərəcədə peşəkarcasına işləndiyini və iştirakçının yaşını nəzərə almaqla müəyyən edilmişlər. Beləliklə də, müsabiqənin mövzusuna uyğun şəkillər təqdim etmiş iştirakçılarla yanaşı, Gəncədən 3 yaşlı istedadlı qız müsabiqənin ən gənc iştirakçısı kimi həvəsləndirici mükafata layiq görülmüş, yenə də Gəncədən 13 yaşlı digər bir qız məhz peşəkar bacarıqlarına görə mükafatlandırılmışdır.

Qaliblər dəyərli əsərləri müqabilində öz seçimləri əsasında rəsm ləvazimatları hədiyyə alacaqlar. Qaliblərə həmçinin onların rəsm əsərlərindən istifadə etməklə 2012-ci il üçün çap edilmiş təqvimlər təqdim ediləcəkdir - əl işlərinin başqaları tərəfindən qiymətləndirildiyini görərək, uşaqlar istedadlarının daha da inkişaf etdirilməsi üzərində əzmlə çalışacaqlar, valideynləri isə uşaqlarının bu hobbilərinin gələcəkdə sənət inciləri yaradılmasına yol aça biləcəyini anlayaraq, bu məsələyə daha diqqətlə yanaşacaqlar.

Həcər Məmmədova   |   3 yaş   |   Həvəsləndirici mükafat Səkinə Əliyeva   |   13 yaş   |   Həvəsləndirici mükafat

Seçilmiş 12 əsərdən insanları meşələr qarşısında daşıdıqları məsuliyyəti unutmamağa çağırmaq və dayanıqlı gələcəyi təmin etmək üçün ciddi səylərə ehtiyac olduğunu aşılamaq məqsədilə müxtəlif reklam materiallarında istifadə ediləcəkdir.
Dekabr 2011

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az