It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə


Uzun müddətli və yüksək surətli inkişaf dövründən sonra Azərbaycanda mikromaliyyə sektoru 2015-ci ildən başlayaraq müəyyən çətinliklərlə rastlaşmışdır. Sürətlə artan paralel borclanma və devalvasiya nəticəsində borcla yüklənmə səviyyəsinin ikiqat artması kredit təşkilatlarının qarşısına daha sağlam və davamlı mikromaliyyə sektoru yaratmaq naminə əhalinin maliyyə məlumatlılığı və savadlılığının artırılması kimi mühüm məqsəd və hədəflər qoymuşdur. Bu məqsədlərə nail olmaq üçün müştərilərin gəlir və xərclərini hesablama və planlaşdırma, kreditlərdən düzgün istifadə etmə, uzun müddətli yığımlar və investisiya imkanları kimi məsələlər üzrə məlumatlandırılması mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə də VF AzərKreditin Abşeron regionunda yaşayan müştərilərinin bir neçəsi 13-16 dekabr 2016-cı il tarixlərində Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu – SBFIC tərəfindən maliyyələşdirilən və Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) tərəfindən həyata keçirilən  maliyyə savadlılığı üzrə “Gələcəyini Planlaşdır”  təliminə cəlb edilmişdilər.

Təlimin əsas məqsədi müştəriləri kredit tarixçəsinin mahiyyəti, ailə büdcəsinin planlaşdırılması, maliyyə planlarının hazırlanması, ailə büdcəsinin formalaşdırılmasında yığımın rolu, artıq borclanmanın müştəriyə və onun ailə üzvlərinə yarada biləcəyi fəsadlar və s. mövzularda  məlumatlandırmaqla, onların maliyyə biliklərinin artırılması və həddən artıq borclanma risklərinin aradan qaldırılması olmuşdur. Təlimdə VF AzərKreditin müştəriləri biznesin genişləndirilməsi, gələcəyin planlaşdırılması üzrə də təlimçi ekspertlərdən faydalı tövsiyələr əldə etmişlər.

Mənim bu yaşımadək həyat devizim bu idi ki, qənaət etmək lazım deyil, əksinə həyatda çox qazanmaq lazımdır. Amma bu tədbirdən sonra öyrəndim ki, qənaət etməyi öyrənmək, pul yığmaq vacib məsələdir. Təlimçi həm də qeyd etdi ki, yığım edərkən pulu yalnız bir valyutada deyil, digər valyutalar da saxlamaq lazımdır.” – VF AzərKreditin Bakı Filialının səyyar ticarətlə məşğul olan müştərisi Mehriban Rzayeva vurğulamışdır.

Ümumilikdə təlimdən xoş təəssüratlarla ayrıldım, hələ sonda mənə sertifikat da verdilər. Təlim ərzində öyrəndiklərimdən bu nəticə çıxardım ki, krediti düzgün məqsədlərə götürmək, krediti götürəndən sonra təyinatı üzrə istifadə etmək və kredit ödənişlərini vaxtında qaytarmağı düzgün planlaşdırmaq ailə büdcəsinin idarə edilməsində vacib məsələlərdəndir. Bununla paralel ailə büdcəsinin xərclərinin idarə edilməsi və qənaət etməyin yolları barədə dəyərli tövsiyələr eşitdim” - VF AzərKreditin Bakı Filialının ərzaq və meyvə-tərəvəz ticarəti ilə məşğul olan müştərisi Səfərov Arzuman qeyd etmişdir.

Dekabr 2016

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin fəaliyyətinin 20 illiyi münasibətilə veteran əməkdaşlar öz təcrübələrini bölüşdürür

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az