It looks like your browser or firewall blocked (disabled) JavaScript support.
Please enable it for viewing this site.
How to enable scripting in your browser
Ana səhifə
In English Azərbaycan dilində

Xəbərlər

VF AzərKredit ABŞ dolları valyutasında krediti olan müştərilərinə kreditlərini manata çevirmək imkanı yaradıb

VF AzərKredit ABŞ dolları valyutasında krediti olan müştərilərinə kreditlərini manata çevirmək imkanı yaradıb


Daim yeniliklərlə müştərilərini sevindirən VF AzərKredit müştəri məmnuniyyətinin artırılması, müştərilərin kredit tarixçəsinin korlanmaması, təşkilatla müştərilər arasında uzun illər mövcud olan etibarın qorunması üçün ABŞ dollarında olan bütün kreditləri konvertasiya olunacaq günün Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən etdiyi məzənnə əsasında milli valyutaya çevirməyi təklif edir.

Həmçinin, təşkilatımızın sosial yönümlü olmasını nəzərə alaraq, hesablanmış gecikmə cəriməsi, keçmiş kredit üzrə erkən bağlanma haqqı və komissiya məbləği bağışlanılır. Konvertasiyadan sonra müştəri kredit borcunu vaxtında ödəyərsə, ona təklif paketinin şərtlərinə əsasən müəyyən olunmuş kredit dövrləri üçün kreditin faizləri güzəşt edilir.

ABŞ dolları ilə alınmış kreditləri manata çevirmək istəyən bütün müştərilərimiz bu fürsətdən istifadə edə bilərlər. Daha ətraflı məlumat əldə etmək üçün müştərilərimizi ofislərimizə dəvət edirik.

Mart 2016

Son Xəbərlərimiz

May 2017

MFC 20 İllik Yubiley Konfransı: VF AzərKredit də mükafata layiq görüldü

Fevral 2017

Müştəri Xidmətləri Şöbəsinin 3 ili tamam oldu

Dekabr 2016

VF AzərKreditin müştəriləri AMFA - SBFİC tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə təlimdə

bütün xəbərlər >>


Qaynar xətt: (+994 50) 287 30 37

©2017 VijnFond AzərKredit MMC
Ana səhifə Xəbərlər Saytın xəritəsi Müraciət

World Business Center, 3-cü mərtəbə,
S. Rəhimov/S.Vurğun küçələrin kəsişməsi,
309-cu məhəllə, Bakı


Telefon: (+994 12) 597 48 17
(+994 12) 597 48 18

Faks:   (+994 12) 597 30 39

E-mail: azercredit@azercredit.az