Bankların nağd (istehlak) kreditləri üzrə elan etdikləri faiz, məbləğ və müddət. Rəsmi gəliriniz varsa, bank krediti adətən ən ucuz seçimdir. İpoteka üçün ipoteka səhifəsinə, kartlar üçün kartlar səhifəsinə baxın.
Bankların nağd kredit faizləri məbləğdən, müddətdən və müştərinin maaş kartından asılıdır. Siyahıda hər bankın elan etdiyi minimal faiz göstərilir. Yekun faizi bank fərdi qiymətləndirmədən sonra deyir.
Bank krediti üçün hansı sənədlər lazımdır?
Adətən şəxsiyyət vəsiqəsi və rəsmi gəliri təsdiq edən sənəd (əmək haqqı arayışı və ya DSMF məlumatı). Maaş kartı olan müştərilər çox vaxt arayışsız, onlayn kredit ala bilir.
Bankda kredit tarixçəsinə baxılır?
Bəli. Banklar Mərkəzi Bankın Kredit Reyestrini və kredit bürosunu yoxlayır, aktiv gecikmə olduqda adətən imtina edir.