Haqqımızda
AzerCredit Azərbaycanda kredit verən bankların, BOKT-ların və lombardların şərtlərini bir yerdə göstərən məlumat saytıdır. Kredit vermirik və pul qəbul etmirik.
Məlumatları necə toplayırıq
- Hər kreditorun (86 kreditor) şərtləri onun rəsmi saytından, tətbiq səhifəsindən və ya rəsmi açıqlamalarından götürülür. Mənbə və yoxlanma tarixi kreditor səhifəsində göstərilir.
- BOKT-ların lisenziyası Azərbaycan Respublikasının Mərkəzi Bankının lisenziyalı BOKT siyahısı ilə tutuşdurulur.
- Kreditor rəqəm dərc etmirsə, onu təxmin etmirik: "Saytda göstərilmir" yazırıq.
- Şərtlər dəyişə bilər. Səhv görsəniz, bizə yazın: yoxlayıb düzəldirik.
Tərəfdaşlıq
AMB Kredit saytın tərəfdaşıdır: siyahılarda "Tərəfdaş" nişanı ilə önə çıxarılır və müraciət forması ona göndərilir. Digər kreditorlar ödənişsiz göstərilir və onların sırası tərəfdaşlıqdan asılı deyil. Ətraflı.
VF AzərKredit ilə əlaqəmiz yoxdur
azercredit.az domeni əvvəllər "VF AzərKredit" BOKT-a məxsus olub. Həmin təşkilat ləğv olunub və bu saytla əlaqəli deyil. Keçmiş müştərilər üçün məlumat.